MSK siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirib

MSK siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirib
# 09 iyul 2015 09:41 (UTC +04:00)

Bakı - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK-nın maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə MSK-nın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.

Seminar, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, meydana çıxan suallar cavablandırılıb. Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR