Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib - YENİLƏNİB

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib - <span style="color: red;">YENİLƏNİB
# 18 iyun 2015 12:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, müvafiq qərarın lehinə 364 deputatdan 248 nəfər səs verib.

*** 13.37

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya göndərilməsi ilə bağlı qərar layihəsini təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

V. Nalivayçenkonun müşaviri Markiyan Lyubkivski “Facebook”dakı səhifəsində yazıb ki, Nalivayçenko istefa ərizəsini yazmayacaq.

“Sabahkı səsvermə deputatlar üçün çətin bir sınaq olacaq. Çünki əslində iş Nalivayçenkoda deyil”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR