Bakıda "Çörək festivalı" keçirilib - YENİLƏNİB

Bakıda "Çörək festivalı" keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 20 oktyabr 2016 12:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı şəhərində ilk dəfə “Çörək festivalı” keçirilib.

APA-nın məlumatına görə, festival Beynəlxalq Kulinariya Günü münasibətilə təşkil edilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, millət vəkili Qənirə Paşayeva, bir sıra dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak edib.

S. Məmmədəliyeva festivalın əhəmiyyətindən danışaraq bildirib ki, paytaxtla yanaşı, bölgələrdə də kulinariya yarmarkaları təşkil olunmalıdır. Nazir müavini “Çörək festivalı”nıda nümayiş olunan məhsulların Azərbaycan mətbəxinin zənginliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov rəhbərlik etdiyi qurumun il ərzində gördüyü işlər haqqında məruzə ilə çıxış edib.

Millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva Azərbaycan mətbəxinin zənginliyindən bəhs edərək festivala uğurlar arzulayıblar.

Tədbirdə milli mətbəxin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya “Azərbaycan Milli Mətbəxinin Səfiri” diplomu təqdim olunub.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il oktyabrın 20-si dünyada Beynəlxalq Kulinariya Günü kimi qeyd olunur. Bu, Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən İrlandiyanın paytaxtı Dublində keçirilən Dünya Kulinariya Konqresində elan edilib. Hazırda 115 ölkə bu günü qeyd edir.

***

Saat 12:43

Bakı. Cavid Zeynallı - APA. Bakıda ilk dəfə "Çörək festivalı" keçirilir. APA-nın məlumatına görə, Festival Beynəlxalq Kulinariya Günü münasibətilə qeyd edilir. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, millət vəkili Qənirə Paşayeva, bir sıra dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak edir.

Festival çərçivəsində respublikanın 24 şəhər və rayonunun təamlarından ibarət sərgi təşkil olunub.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il oktyabrın 20-si dünyada Beynəlxalq Kulinariya Günü kimi qeyd edilir. Həmin ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən İrlandiyanın paytaxtı Dublində keçirilən Dünya Kulinariya Konqresində elan edilib. Hazırda 115 ölkə bu günü qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR