Gürcüstanda kömür mədənində uçqun olub, altı nəfər ölüb

Gürcüstanda kömür mədənində uçqun olub, altı nəfər ölüb
# 05 aprel 2018 08:26 (UTC +04:00)

Gürcüstana Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənindəki tunnellərdən birində divarların deformasiyası nəticəsində dam uçqunu baş verib. Nəticədə 6 fəhlə ölüb, 3-ü isə xəsarət alıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti sabit ağır qiymətləndirilir. Mədəndə olan digər şəxslər isə təhlükəsiz yerə köçürülüb.

Faktla bağlı istintaq aparılır. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hadisə yerinə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR