Mixail Saakaşvili teleaparıcı olacaq

Mixail Saakaşvili teleaparıcı olacaq
# 28 mart 2017 12:08 (UTC +04:00)

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili televiziya aparıcısı olacaq.

APA-nın məlumatına görə, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Saakaşvili “Zik” kanalında həftədə bir dəfə yayımlanacaq “Digər Ukrayna” verilişinin aparıcısı olacağını bəyan edib. “Hər həftə mən sizə artıq heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, - deyə o qeyd edib.

İlk verilişin çəkilişləri artıq başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR