Kərəm Həsənov: "Özəlləşdirmə prosesini təkmilləşdirmək üçün yeni təkliflər planı hazırlanıb"

Kərəm Həsənov: "Özəlləşdirmə prosesini təkmilləşdirmək üçün yeni təkliflər planı hazırlanıb"
# 15 fevral 2017 08:59 (UTC +04:00)

Bu gün Bakıda "Özəlləşdirmə sahəsinə investisiyalar: Yeni imkanlar və çağırışlar" mövzusunda işgüzar forum işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkar Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") nümayəndələri və biznes dairələrinin təmsilçiləri iştirak edir. Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakını özəlləşdirilməsi prosesinin gedişatı, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisəsə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır.

Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub. Onun sözlərinə görə, ümumilikdə 1,2 milyondan nəfərdən artıq vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanıb. O bildirib ki, özəlləşdirmə prosesində ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər ölkələrdən olan investorlar iştirak edib.

K. Həsənov deyib ki, komitə öz səlahiyyətləri daxilində iqtisadi fəallığı maksimum canlandırmağı qarşısına ən başlıca məqsəd qoyub. Ötən dövr ərzində qurum tərəfindən kənd təsərrüfatı, tikinti, sənaye və bir çox sahələrdə fəaliyyət göstərən iri və tanınmış müəssisələrin özəlləşdirilməsi aparılıb. "Eyni zamanda komitə tərəfindən Azərbaycanın tanınmış incilərindən olan "Fairmont Baku", "Hilton Baku" hotellər şəbəkəsinin də özəlləşdirilmə prosesi həyata keçirilib", - deyə o bildirib.

Onun sözlərinə görə, özəlləşdirmə prosesinin təkmilləşdirilməsi üçün qurum yeni təkliflər planı hazırlayıb: "Bu təkliflər əməkdaşlıq etdiyimiz digər qurumlara da göndərilib. Yerli və xarici sahibkarları keçirilən özəlləşdirmələrdə daha fəal iştirak etməyə dəvət edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR