Kim Çen In: “KXDR nüvə silahını inkişaf etdirməyə davam edəcək”

Kim Çen In: “KXDR nüvə silahını inkişaf etdirməyə davam edəcək”
# 16 sentyabr 2017 02:25 (UTC +04:00)

ABŞ-a güclü cavab zərbəsi endirməyə qadir olanadək Şimali Koreya nüvə silahını inkişaf etdirməyə davam edəcək.

APA-nın “Rönxap” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın lideri Kim Çen In bəyan edib.

“Ölkəmizin maraqlarına qarşı təhdidlərə son qoymaq üçün ABŞ-la nüvə paritetinə nail olmalıyıq. Bu, tezliklə baş verəcək”, deyə Kim Çen In bildirib.

Ötən gün KXDR “Xvason – 12” ballistik raketin sınağını keçirib. Kim Çen In sınaqda iştirak edib. Raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.

Sentyabrın 13-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR