“Azərbaycan Dəmir Yolları” 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar gəlir əldə edəcək

“Azərbaycan Dəmir Yolları” 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar gəlir əldə edəcək
# 03 avqust 2015 10:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bu gün artıq Çindən yola düşən ilk konteyner Qazaxıstandan keçməklə Azərbaycana gəlib. Bu marşrutun böyük potensiala malik olmasını xüsusilə qeyd etmək istəyirəm. Bu, böyük layihənin ilk müjdəçisidir”.

APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələn ilk konteyner qatarının qarşılanma mərasimi zamanı “Qazaxıstan Dəmir Yolları” SC-nin rəhbəri Askar Mamin jurnalistlərə açıqlaması zamanı bildirib.

“2020-ci ilə kimi konteynerlərin sayının 300 mini keçəcəyini düşünürük. Bu, çox yüksək dinamikadır. Bu da bizə tranzit imkanlarından bütünlüklə istifadə etməyə imkan verir. Həm Qazaxıstanın, həm də Azərbaycanın dinamik inkişaf edən böyük nəqliyyat imkanları, nəqliyyat strukturu var. Fikrimcə, “Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə edə bilər. Bu kifayət qədər yüksək inkişaf deməkdir və ümid edirəm ki, bu göstəriciyə sahib ola biləcəyik”, - deyə A.Mamin bildirib.

Qazaxıstanın da öz növbəsində yüksək dinamika ilə inkişaf etdiyini bildirən A.Mamin son 5 ildə Çindən Avropaya tranzit daşımalarını 40 dəfə artırdıqlarını bildirib.

“Son illərdə Fars körfəzi, Qafqaz istiqamətində 2000 km uzunluğunda yeni dəmir yolu salınıb. Biz Azərbaycanla, Trans-Xəzər nəqliyyat komitəsi ilə tranzit imkanlarımızı inkişaf etdirmək istəyirik”, – deyə A.Mamin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR