Gəncə icra başçısına birinci müavin təyin edilib

Gəncə icra başçısına birinci müavin təyin edilib
# 16 yanvar 2020 12:22 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində yeni təyinat olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu vəzifəyə Səməd Tomuyev təyin edilib. S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində Elnur Rzayev çalışıb.

Elnur Rzayev bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR