Şəkidə quyuya düşən şəxs xilas olunub

Şəkidə quyuya düşən şəxs xilas olunub
# 19 avqust 2017 00:50 (UTC +04:00)

Şəkidə quyuya düşən şəxs xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq aidiyyətı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR