Azərbaycanlı alim beynəlxalq konfransda “erməni problemi” barədə çıxış edib

Azərbaycanlı alim beynəlxalq konfransda “erməni problemi” barədə çıxış edib
# 09 dekabr 2016 05:42 (UTC +04:00)

Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı Antalyada keçirilən beynəlxalq konfransda “Birinci dünya müharibəsində ermənilərin mövqeyi və Qafqazda erməni dilində dərc olunan qəzetlərdə savaş xəbərləri” mövzusunda çıxış edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Tarix Qurumu və Antalyadakı Ağ dəniz universiteti tərəfindən təşkil edilən “Birinci dünya müharibəsi” mövzusundakı beynəlxalq konfransda 13 ölkədən 90 alim iştirak edir. Konfransın ikinci günündə çıxış edən professor Qafar Çaxmaqlı arxiv sənədləri əsasında Birinci dünya müharibəsində ermənilərin Anadoluda və Qafqazda tutduqları xəyanətkar mövqe və Qafqazda dərc etdikləri qəzetlərdəki dezinformasiya fəaliyyətləri barədə ətraflı məlumat verib.

“Erməni problemi”ni imperialist dövlətlərin “şərq siyasəti”ndən ayıraraq təhlil etmək doğru deyil. Tarixi sənədlər erməni xəyanətlərinin zəncirvari reaksiya xarakterli olduğunu və Anadoludan Qafqaza qədər türklərin yaşadıqları coğrafiyanı tamamilə əhatə etdiyini sübut edir. Biz tarixi sənədlər əsasında həqiqətləri ortaya çıxardıqca, 130 ildən bəri başımıza bəla olan “erməni problemi”nin mahiyyətini dünya daha yaxşı anlayacaq. Bu istiqamətdəki çalışmalarıma davam edirəm”, - deyə konfransdakı çıxışından sonra APA-ya açıqlama verən professor Qafar Çaxmaqlı deyib.

Antalyada keçirilən “Birinci dünya müharibəsi” mövzusundakı beynəlxalq konfransda Azərbaycandan millət vəkili, professor Musa Qasımlı, professorlar Cəmil Həsənli, Kərim Şükürov və Nizami Vəliyev iştirak edirlər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR