İsmayıllıda anasının evində 2 kq narkotik gizlədən şəxs tutulub

İsmayıllıda anasının evində 2 kq narkotik gizlədən şəxs tutulub
# 26 oktyabr 2017 10:04 (UTC +04:00)

Ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib, nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA-nın yerli bürosuna bildirib ki, daxil olan əməliyyat məlumatı əsasında İsmayıllı şəhər sakini Elməddin Ələsgərov saxlanılıb.

Polis əməkdaşları tərəfindən E. Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 1 kiloqram 960,3 qram olan qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla əlaqədar İsmayıllı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR