Nazirlik əlillər və şəhid ailələri üçün binanın tikintisini həyata keçirəcək podratçı seçir

Nazirlik əlillər və şəhid ailələri üçün binanın tikintisini həyata keçirəcək podratçı seçir
# 03 sentyabr 2015 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin satınalınması məqsədilə 3 lot üzrə açıq tenderə dəvət edir.

APA-Economics” xəbər verir ki, tender 3 lot üzrə keçirilir.

Lot 1: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət

şəraitinin yaxşılaşdırılması məqsədilə 34 ədəd bir otaqlı mənzillərin satınalınması;

Lot 2: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət

şəraitinin yaxşılaşdırılması məqsədilə 54 ədəd iki otaqlı mənzillərin satınalınması;

Lot 3: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət

şəraitinin yaxşılaşdırılması məqsədilə 41 ədəd üç otaqlı mənzillərin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında (302-ci otaq) ala bilərlər.

Tenderdə iştirak haqqı hər Lot üzrə 200 manatdır. İştirak haqqı heç bir halda qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək iddiaçılar müvafiq sənədləri oktyabrın 8-dək təqdim etməlidirlər.

İddiaçıların tender zərfləri oktyabrın 9-da açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR