Gürcüstan baş nazirinin iki müavini təyin olunub

Gürcüstan baş nazirinin iki müavini təyin olunub
# 17 iyul 2018 14:20 (UTC +04:00)

Gürcüstan baş nazirinin iki müavini təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bir müavin Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya, digəri isə regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilidir.

İki müavinlə yanaşı baş nazir Mamuka Baxtadzenin iki müşaviri də olacaq. Baş nazirin təhsil məsələləri üzrə müşaviri keçmiş təhsil və elm naziri Mixeil Çxenkeli, regional inkişaf üzrə müşaviri isə qaçqınların işi və yerləşdirilməsi üzrə keçmiş nazir Sozar Subari təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR