DÇ-2018-in talismanı bəlli olub

DÇ-2018-in talismanı bəlli olub
# 21 oktyabr 2016 23:51 (UTC +04:00)

Bakı-APA. Rusiyada keçiriləcək DÇ-2018-in talismanı bəlli olub.

Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytında keçirilən onlayn səsvermənin nəticəsinə əsasən, üç namizəddən biri – canavar turnirin maskotu seçilib.

Sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd var idi. Bunlar pişik, pələng və canavar idi.

Artıq seçilmiş talismana ad da veriblər. Canavar bundan sonra Zabivaka adlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR