Salyanda fermada baş verən yanğında 9 baş iribuynuzlu heyvan tələf olub - VİDEO

Salyanda fermada baş verən yanğında 9 baş iribuynuzlu heyvan tələf olub - <span style="color: red;">VİDEO
# 13 aprel 2015 21:32 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb və fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR