Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır

Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır
# 15 iyul 2015 19:44 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) deyib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, zamanla bu neqativ tendensiya daha da mürəkkəbləşir: "Bura aiddir Yunanıstan iqtisadiyyatında baş verən hadisələr. Bu proseslər Avrozonanın gələcəyi ilə bağlı bir sıra sualları ortaya qoyur. Bununla yanaşı, beynəlxalq valyuta birliyinin qarşısında da müəyyən risklər durur. Gözlənilmədən Çin maliyyə bazarlarında baş verən hadisələr də diqqət qlobal iqtisadiyyata təsir edir. Çünki Çin qlobal iqtisadiyyatın lokomotividir. Neft bazarında mənfi proseslər baş verməkdədir. Bununla yanaşı, bölgədə ciddi proseslər gedir. Bütün bunlar göstərdi ki, qlobal iqtisadiyyatın öz problemlərinə uyğunlaşması olduqca ləng gedir və bu, vaxt xeyli alacaq".

E. Rüstəmov bildirib ki, Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır.

"Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Neftin ucuzlaşması fonunda 60 mindən çox iş yerinin açılması da olduqca mühüm məsələdir. İnflyasiya aşağı səviyyədə qalıb. Belə ki, altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir", - deyə AMB rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR