Şabranda 47 yaşlı qadın dəm qazından zəhərlənib

Şabranda 47 yaşlı qadın dəm qazından zəhərlənib
# 26 yanvar 2017 12:36 (UTC +04:00)

Şabranda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mollakamallı kənd sakini Rzayeva Zəhra Əmrulla qızı günorta saatlarında Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra o? reanimasiyaya yerləşdirilib. 47 yaşlı qadının hamamda çimərkən dəm qazından boğulduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR