Baş epidemioloq: “Ölkədə epidemioloji vəziyyət stabildir”

Baş epidemioloq: “Ölkədə epidemioloji vəziyyət stabildir”
# 08 noyabr 2017 08:57 (UTC +04:00)

“Ölkədə epidemioloji vəziyyət stabildir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev deyib. O bildirib ki, səhiyyə naziri hər il olduğu kimi bu il də yoluxucu xəstəliklərlə mübarizə üzrə əmr imzalayıb: “Respublika ərazisində qrip, də qripə bənzər kəskin respirator kütləvi şəkildə yayılması yoxdur. Hər hansı bir zonada yoluxucu xəstəlik baş verərsə, Səhiyyə Nazirliyinə məruzə olunur. Ayrı-ayrı bölgələrdə, iri şəhərlərimizdə heç bir yoluxucu xəstəliyin yayılması müşahidə edilmir. Qrip dünyanın bütün ölkələrində var, o cümlədən də Azərbaycanda. Bundan sonra da olacaq”.

İ. Ağayev əlavə edib ki, bununla mübarizə aparmaq üçün ölkədə bütün tibb müəssisələri hazırdır: “Bəzən sual verirlər ki, nə üçün müxtəlif vaxtlarda vaksinasiya aparılmır? Biləsiniz ki, respublikamızda nə qrip, nə də qripə bənzər xəstəliklər epidemioloji həddi aşıb. Ona görə də biz onunla kütləvi şəkildə mübarizə aparmırıq. Epidemioloji səviyyədə olmadığından vaksinasiya aparılması absurddur. Amma bizim xəstəxanalarımıza və digər tibb müəssisələrinə müraciət edənlər müayinə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR