Azərbaycan və Fransa prezidentlərinin görüşündə işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb - YENİLƏNİB

Azərbaycan və Fransa prezidentlərinin görüşündə işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb - <span style="color: red;">YENİLƏNİB
# 27 oktyabr 2014 14:41 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 27-də Parisdə Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü olub.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İ. Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fransa prezidenti F. Olland Azərbaycan prezidenti İ. Əliyevi qarşılayıb.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı “status-kvo”nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

***

saat 16.04

Bakı. Rüfət Əhmədzadə - APA. Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

APA-nın Elisey Sarayının rəsmi saytına istinadən verdiyi məlumata görə, F. Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.

Azərbaycan prezidenti ilə görüşdən sonra F. Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

Qeyd edək ki, bu, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR