Ermənilər cəbhədə itki verib - VİDEO

Ermənilər cəbhədə itki verib - <span style="color: red;">VİDEO
# 27 iyul 2014 01:53 (UTC +04:00)

APA TV-nin məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.

Nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş atışma zamanı bir erməni əsgəri ölüb, ikisi isə yaralanıb.

Ohanyan xəstəxanaya yerləşdirilən yaralı əsgərlərin vəziyyətinin ağır olduğunu deyib.

Xatırladaq ki, erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR