Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək
# 27 oktyabr 2014 14:33 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.


Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09.00-da başlayacaq.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR