Vergilər Nazirliyi borclu vergi ödəyicilərin daha bir siyahısını açıqlayıb

Vergilər Nazirliyi borclu vergi ödəyicilərin daha bir siyahısını açıqlayıb
# 09 sentyabr 2014 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb.

APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, budəfəki siyahıya ümumilikdə 10 fiziki və hüquqi şəxs daxil edilib.

Siyahıya Zaqatala şəhərində qeydiyyata alınan fiziki şəxslər Barabaşov Zahid Musa oğlu, Məmmədov İsmayıl Fazil oğlu və Qurbanova Müxlisət Arif qızı, “Ev-İnşaat” MMC və “Şahin” MMC daxil edilib.

Həmçinin, siyahıda Balakən rayonunda qeydiyyata alınan fiziki şəxslər Hudulov İzzət Dibirhacı oğlu, Qafarov Ramiz Qafar oğlu, Bakeyev Ənvər Həsən oğlu, həmçinin hüquqi şəxs kimi qeydiyyata alınan “Həyat” MMC-nin adı var.

Bundan başqa, siyahıda Qax rayonunda qeydiyyatda olan fiziki şəxs Məmmədov Nəcəf Hacı oğlunun adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR