Türkiyədə sığınacaq alan suriyalı qaçqınlara Antalyaya girmək qadağan olunub

 Türkiyədə sığınacaq alan suriyalı qaçqınlara Antalyaya girmək qadağan olunub
# 08 noyabr 2014 07:01 (UTC +04:00)

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Antalya vilayəti polis idarəsinin rəhbəri Cəmil Tonbul bildirib.

Onun sözlərinə görə, suriyalı qaçqınların Türkiyəyə qəbuluna dair sənəddə Antalya istisna olunub.

“Qanuni yollarla gələnlərdən başqa, heç bir suriyalını şəhərə qəbul etmirik. Belə hal olarsa, ya 15 gün içində Antalyanı tərk etmələri barədə xəbərdarlıq edirik, ya şəhərdən çıxarırıq, ya da ən yaxın qaçqın düşərgəsinə aparırıq”, - deyə C.Tonbul qeyd edib.

Qeyd edək ki, son üç ildə Türkiyəyə sığınan suriyalı qaçqınların sayı 1,5 milyonu ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR