“Bank Technique”də problemli kreditlərin həcmi artıb

“Bank Technique”də problemli kreditlərin həcmi artıb
# 03 noyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank Technique”in aktivlərinin həcmi 2014-cü ilin III rübündə 584,608 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,64% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,81% artaraq 447,577 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 134,546 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 80,33% çoxdur.

Bankın avtomobil kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,31% azalaraq 10,528 mln. manat olub.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 91,682 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,79 dəfə çoxdur və kreditlərin 24,774 mln. (27,02%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,78% artaraq 98,811 mln. manat olub ki, bu da bankın kredit portfelinin 22,08%-ni təşkil edib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 30,11% artaraq 310,624 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 176,896 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 56,90% çoxdur. Keçən rüblə müqayisədə əhalinin əmanətlərində 20,619 mln. manat (11,66%) azalma müşahidə olunub.

Bir il ərzində bankın məcmu kapitalı 16,08% artaraq 61,321 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 75,1 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 41,24% artaraq 43,690 mln. manat, xərcləri isə 47,28% artaraq 42,624 mln. manata çatıb.

Cari ilin ilk 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 1,066 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 29 filialı, 63 bankomatı, 702 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR