Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub - FOTO

Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub - <span style="color: red;">FOTO
# 27 oktyabr 2014 12:06 (UTC +04:00)

Bakı – APA. 2013-cü il oktyabrın 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 26-da keçirilən mərasimdə Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin, hərbi hissənin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik İslam Gəncəliyev qeyd edib ki, vətəni onun adına layiq səviyyədə sevmək hər kəsə nəsib olmur: “Gizir Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi və belə bir sevgi ilə şəhid oldu”.


İ. Gəncəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A. Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edib. O, bütün şəhidlərin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqların işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.

Şəhid atası Ə. Abdullayev nə qədər ağır olsa da, oğlunun şəhid olmasından qürur hissi keçirdiyini söyləyib və diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR