Lənkəran-Astara bölgəsinə yağan leysan yağışlar nəticəsində bir sıra çaylarda suyun səviyyəsi artıb

Lənkəran-Astara bölgəsinə yağan leysan yağışlar nəticəsində bir sıra çaylarda suyun səviyyəsi artıb
# 27 oktyabr 2014 11:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ötən gün ərzində Lənkəran-Astara bölgəsinə yağan leysan yağışlar nəticəsində bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 41, Lənkəraçay-Sifidorda 23, Vəşərüçay-Daştatükdə 31, Viləşçay-Şıxlarda isə 49 sm artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 320-540, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 100-130, Kiçik Qafqazın çaylarında 40-110 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 62

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Bankədə 28, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvanda 14, Salyanda isə 20 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR