Baş Dövlət Yol Polisi İdarəsi pərdə və plyonkaların sökülməsi ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi pərdə və plyonkaların sökülməsi ilə bağlı sürücülərə müraciət edib
# 17 noyabr 2014 11:45 (UTC +04:00)

APA-nın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib: “Bununla əlaqədar sürücülərin nəzərinə çatdırırıq ki, 15 noyabr tarixində qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatıb. Göstərilən tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edilməsinə görə sürücülər İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən yüz əlli manat miqdarında cərimə olunacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR