Goranboyda maşın aşıb, ölən var

Goranboyda maşın aşıb, ölən var
# 24 oktyabr 2014 14:24 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 34 yaşlı Şöhrət Qurbanovun idarə etdiyi “BMW” markalı avtomobil hərəkətdə olarkən yolun hərəkət hissələrini ayıran dəmir səddə dəyərək aşıb. Qəza zamanı ağır yaralanana sərnişin Dəliməmmədli sakini 41 yaşlı Fikrət İsmayılov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə dəqiqədən sonra F. İsmayılov orada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR