İlin əvvəlindən “Alfa Sığorta” 17 hadisə ilə bağlı sığorta ödənişini həyata keçirməkdən imtina edib

İlin əvvəlindən “Alfa Sığorta” 17 hadisə ilə bağlı sığorta ödənişini həyata keçirməkdən imtina edib
# 14 oktyabr 2014 09:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov-APA-Economics. “Alfa Sığorta” ASC 2014-cü ilin 9 ayı ərzində nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə baş vermiş sığorta hadisələri haqqında məlumatı açıqlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində “Alfa Sığorta”da sığortalanmış avtomobillərlə bağlı 408 sığorta hadisəsi baş verib. Həmin hadisələrdən 196-sı üzrə “Alfa Sığorta” tərəfindən cəmi 518 000 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Baş vermiş 408 hadisədən 63-də dəymiş zərər azadolma məbləğindən az olub və buna görə də onlarla bağlı heç bir ödəniş həyata keçirilməyib. Qeyd edək ki, “Alfa Sığorta” şirkətinin tətbiq etdiyi azadolma məbləğinin maksimal məbləği 100 manat təşkil edir.

Sığorta qanunvericiliyinin tələblərinə əsaslanaraq 408 hadisədən cəmi 17 hadisə ilə bağlı sığorta ödənişinin həyata keçirilməsindən imtina edilib. Qalan 58 hadisədə, zərər vuran qarşı tərəf olduğu üçün, “Alfa Sığorta”da sığortalanmış avtomobillərə dəymiş zərərin məbləği zərər vuran və ya onun sığortaçısı tərəfindən ödənilib və bu işlərlə bağlı sığortalılar tərəfindən heç bir iddia irəli sürülməyib.

Şirkətdən verilən məlumatda o da bildirilir ki, hazırda 74 sığorta hadisəsi üzrə işlər icraatdadır ki, onların da ümumi sığorta ödənişi təqribən 150 000 manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR