Azərbaycan Silahlı Qüvvələrinin 23 hərbçisi Əfqanıstana yola salınıb

Azərbaycan Silahlı Qüvvələrinin 23 hərbçisi Əfqanıstana yola salınıb
# 08 oktyabr 2014 16:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakıda yerləşən "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR