Kanada parlamentinin üzvü: “Soçi görüşü regiondakı münaqişələrin həllinə yol açıb”

Kanada parlamentinin üzvü: “Soçi görüşü regiondakı münaqişələrin həllinə yol açıb”
# 26 avqust 2014 08:32 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Avqustun 9-da baş tutmuş Soçi görüşü regiondakı münaqişələrin həllinə yol açıb.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Kanada parlamentinin üzvü, Kanada-Ermənistan dostluq qrupunun sədri Harold Albrext deyib.

H.Albrext Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib: “Kanada əmindir ki, ən yaxşı yol danışıqları davam etdirməkdir. Regionun liderləri sülhə maraq nümayiş etdirməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR