Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb - VİDEO

Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 01 noyabr 2014 18:11 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda bıçaqlanma faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Böyuk Kolatan kəndi ərazisindəki məscidin qarşısında baş verib. Kənd sakini Fərahim Aslanov şəxsi münaqişə zəminində həmkəndlisi, 21 yaşlı Şaiq Nəciyevə bıçaqla bədən xəsarəti yetirib. İki bıçaq zərbəsi alan S.Nəciyev dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasina çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR