Ucarda 3 maşın toqquşub, xəsarət alanlar var

Ucarda 3 maşın toqquşub, xəsarət alanlar var
# 17 oktyabr 2014 10:05 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatın görə, hadisə bu gün saat 11:00 radələrində Bakı - Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 39 - BC- 069 dövlət nömrə nişanlı, “Shagman” markalı yük maşını əvvəlcə 20- DA-790 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilə, daha sonra isə 90-JV-198 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınına çırpılıb. Zərbənin gücündən “Mercedes Vito” markalı maşın aşaraq, əsas magistral yolda hərəkəti nisbətən məhdudlaşdırıb. Hadisə zamanı “Ford Transit” markalı yük maşının sürücüsü Kürdəmir rayon sakini 1978-ci il təvəllüdlü Cabbarov Razi Vaqif oğlu və “Mercedes Vito”da olan sərnişini Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Rəhimov Əli Bəxtiyar oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR