Şəkidə fərdi evdə yanğın olub

Şəkidə fərdi evdə yanğın olub
# 24 iyul 2014 01:33 (UTC +04:00)

Bakı - APA. İyulun 23-də Şəki rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonu, Cəfərabad kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR