Şotlandiyanın müstəqilliyinin əleyhdarları referendumda çoxluq təşkil edir - YENİLƏNİB

Şotlandiyanın müstəqilliyinin əleyhdarları referendumda çoxluq təşkil edir - <span style="color: red;">YENİLƏNİB
# 19 sentyabr 2014 03:24 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BBC News məlumat yayıb.

“Şotlandiya müstəqil ölkə olmalıdırmı ?” sualına seçicilərin 19036 nəfəri (54%) “Xeyr”, 16350 nəfəri (46%) isə “Bəli” cavabı verib. Seçicilərin aktivliyi 88,6 faiz təşkil edib.

Müstəqillik əleyhdarlarının Orkney adaları və Şetland adaları seçki dairələrində də çoxluq təşkil edir (67 və 83,7 faiz müvafiq olaraq).

Şotlandiya 32 vilayətdən ibarətdir.

Referendumun nəticələri bu gün elan olunacaq. Müstəqillik tərəfdarlarının çoxluq təşkil edəcəyi təqdirdə, yeni dövlət 2016-cı ilin martın 24-də elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR