Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Dekabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Dekabr - <span style="color: red;">VİDEO
# 08 dekabr 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Dünyanın bir çox bölgəsindən hər gün ölüm xəbərləri alırıq. Suriyadan, İraqdan, Afrika ölkələrindən, Ukraynadan və sairə. Lakin fikir versəniz, adıçəkilən ölkələrin hamısında müharibələr, döyüşlər gedir, terror aktları törədilir. Azərbaycanda törədilən qətllərin motivi isə başqadır. Söyüş, borc, baxışın xoşa gəlməməsi, hətta kiminsə kimisə öpməsi...

Törədilən bu qətllərə baxanda adama elə gəlir ki, ölkədə insan həyatının dəyəri qalmayıb. Bu cinayətləri son vaxtlar televiziyalarda yayımlanan aqressiv serialların cəmiyyətə, xüsusən yeniyetmə və gənclərə olan təsiri ilə əlaqələndirmək olar. Amma məsələnin mahiyyətində yalnız bu dayanmır. Kimlərsə cəmiyyəti mentalitetdən uzaqlaşdırmaq istəyir. Bax, məncə bütün problem də bu çağırışlardan və bu çağırışa əməldən qaynaqlanır. Çünki bizim mentalitetimizdə qonşu haqqı, böyüyə-kiçiyə hörmət, eyib sayılacaq davranış var. İndi siz deyin, biz bu dəyərlərimizdən niyə uzaqlaşmalıyıq ki?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR