Bakıda ev, Sumqayıtda maşın yanıb

Bakıda ev, Sumqayıtda maşın yanıb
# 30 noyabr 2014 09:51 (UTC +04:00)

Bakı – APA. Bakı şəhəri Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan, birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 51 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 14 kv.m sahədə əriyib.

APA-nın FHN-in saytın istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR