“Parabank” nizamnamə kapitalını artırır

“Parabank” nizamnamə kapitalını artırır
# 27 oktyabr 2014 13:25 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 36 583 ədəd imtiyazlı sənədsiz adlı səhmlərini dövlət qeydiyyatına alıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 7 316 600 manat təşkil edir.

Qeyd edək ki, bundan öncə bank nizamnamə kapitalını 31 mln. 570,4 min manata qədər artırmaq məqsədi ilə 20 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR