Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 İyul - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Artıq neçənci dəfədir. Hər dəfə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupu ilə bağlı tənqidləri və həmsədrlərə ünvanlanan sərt mesajları artanda eyni bəyanat verilir. Münaqişə tərəfləri qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması hallarına son qoymalı və ən əsası mülki vətəndaşların həyatına təhlükə yaranmaması üçün diqqətli olmalıdırlar. Əks təqdirdə bu vəziyyətin onları narahat etdiyini dilə gətirirlər. Bu narahatlıq ifadəsi isə baş verənlərin fonunda çox cılız səslənir. Çünki baş verənlər göz önündədir. Atəşkəsi pozan da, mülki vətəndaşların həyatına təhlükə törədən də, hətta onları öldürən də bəllidir. Sübut? Ən yaxşı halda güllələnib öldürüldüyü təsdiqlənən ermənilərin girov götürdüyü Həsən Həsənov. Beynəlxalq qanunlara görə, girovlar mülki vətəndaş hesab edilirlər. Həmin şəxslərin girov götürüldüyü gündən Azərbaycanın hökumət rəsmilərinin bütün suallarını və ittihamlarını cavabsız qoyan həmsədrlər görəsən bu fakta nə deyəcəklər? Əgər, yenə hansısa narahatlıqdan danışacaqlarsa, onda bayaq dediyim kimi bu dəfə rəsmi Bakının sərt mesajlarının yox, yəqin ki, sərt addımları qarşısında düşünməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR