Ötən ay Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Ötən ay Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 10 oktyabr 2014 13:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,6%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sentyabr ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə 4,6% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,5% bahalaşma müşahidə olunub.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 0,9%, neft məhsullarının istehsalı üzrə 0,7%, metallurgiya və içki istehsalı üzrə 0,1% ucuzlaşıb, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 4,7%, tikinti məmulatlarının istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR