Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən sabiq hakimin məhkəməsi davam etdirilib

Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən sabiq hakimin məhkəməsi davam etdirilib
# 10 oktyabr 2014 15:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, prosesdə təqsirləndirilən Elman Məmmədov və Həsən Əliyev barələrində seçilmiş qəti-imkan tədbirlərinin dəyişdirilməsi haqqında vəsatət verilib. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə məhkəmə baxışının oktyabrın 20-nə təyin olunduğu tərəflərə elan edilib.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR