“ASAN Xidmət”in nəzdində xüsusi məsaməli materialların hazırlanacağı sexlər yaradılır

“ASAN Xidmət”in nəzdində xüsusi məsaməli materialların hazırlanacağı sexlər yaradılır
# 10 oktyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nəzdində xüsusi məsaməli materialın hazırlanacağı sexlər yaradılacaq.

APA-nın məlumatına görə bunu ADA Universitetində keçirilən “Bakı – Məhdudiyyətlərin olmadığı şəhər” adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, sözügedən müəssisələrdə hazırlanacaq xüsusi məsaməli materiallardan dəmiryolu vağzallarında, hava limanlarında və insanların sıx olduğu digər yerlərdə gözdən əlillərin hərəkətini asanlaşdırmaq üçün istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR