Suriyada avtomobil partladılıb, 20-dən çox insan ölüb

Suriyada avtomobil partladılıb, 20-dən çox insan ölüb
# 16 avqust 2014 00:39 (UTC +04:00)

Bakı-APA. Suriyanın cənubunda məscidin qarşısında partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində azı 22 insan həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident üsyançıların nəzarəti altında olan Deraa əyalətinin Namar şəhərində cümə namazı vaxtı baş verib. Ölənlər arasında azı 2 uşağın və bir neçə üsyançının olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR