Sabah Azərbaycanda hava yağmursuz olacaq - VİDEO

Sabah Azərbaycanda hava yağmursuz olacaq - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 10:01 (UTC +04:00)

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Lənkəran-Astara zonasında isə havanın çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-16, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR