Qubad İbadoğlun Müsavat Partiyasının qurultayındakı pozuntularla bağlı şikayəti araşdırılır

Qubad İbadoğlun Müsavat Partiyasının qurultayındakı pozuntularla bağlı şikayəti araşdırılır
# 13 oktyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultayda baş verən seçki pozuntuları ilə bağlı şikayəti qəbul edilib və araşdırılır. APA-nın məlumatına görə, bu barədə Müsavat Məclisinin üzvü Hikmət Hacızadə özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayıb.

H. Hacızadə bildirib ki, Q. İbadoğlunun şikayəti artıq partiyaya daxil olub: “Dünən axşam Gülağa Aslanlı mənə xəbər verdi ki, Qubad İbadoğlunun şikayəti elektron imza ilə imzalanıb, Mirbaba bəyə və Sevinc xanıma internet vasitəsilə çatdırılıb və araşdırılır. Odur ki, heç kəs küsməsin, istefa verməsin və ölkədən getməsin! Hər şey prosedur və Nizamnamə çərçivəsində həll olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR