Dövlət orqanlarının ictimai dinləmə və müzakirələr təşkil etməsinin forması müəyyənləşib

Dövlət orqanlarının ictimai dinləmə və müzakirələr təşkil etməsinin forması müəyyənləşib
# 07 dekabr 2014 15:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğli-APA. Nazirlər Kabineti “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən aidiyyəti orqanların, vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya öz təşəbbüsü əsasında ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanının qərarı ilə hüquqi aktların layihələrinə dair ictimai dinləmə və müzakirələr yığıncaq formasında keçirilə bilər.

Bu halda ictimai dinləməni və müzakirəni təşkil edən dövlət orqanı belə yığıncağın vaxtı, müddəti, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı öz internet saytında yerləşdirir. Belə yığıncaqda aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirakının təmini məqsədi ilə onlara ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanı tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir.

Qəsəbə və kənd bələdiyyələrində isə bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və müzakirənin təşkili məqsədi ilə kənd ərazisində hamının görə biləcəyi yerdə yerləşdirilən məlumat lövhəsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ-hüquqi akt əsasında qəbul olunması və həmin normativ-hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı, müddəti, keçiriləcəyi yer, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatların göstərilməsini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR