Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM 6% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM 6% artıb
# 14 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 2,5% artaraq 44,3 mlrd. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında Azərbaycanın 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsində əks olunub.

Məlumata əsasən, neft sektoru üzrə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azaldığı halda, qeyri-neft sektoru üzrə ÜDM 6% artıb ki, bunu da dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına göstərilən dəstəyin nəticəsi kimi qiymətləndirmək olar.

ÜDM 61,8%-i məhsul istehsalı sahələrinin, 31,0%-i xidmət sahələrinin və 7,2%-i məhsula və idxala xalis vergilərin payına düşüb.

ÜDM-in xüsusi çəkisinin 44,6%-i sənayenin, 16,7%-i xidmət sahələrinin (4,7%-i nəqliyyatın, 9,8%-i ticarət və pullu xidmətlərin, 1,6%-i rabitənin), 14,9%-i sosial və digər xidmətlərin, 11,8%-i inşaat kompleksinin, 5,4%-i kənd təsərrüfatının payına düşüb. ÜDM-in tərkibində məhsula və idxala xalis vergilər 7,2% təşkil edir.

2014-cü ilin 9 ayında 25,4 mlrd. manat həcmində sənaye məhsulu (iş və xidmətlər) istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azdır.

Ötən ilin 9 ayına nisbətən əsas kapitala yönəldilmiş vəsaitlər 0,2% artaraq 11,9 mlrd. manat, pərakəndə ticarət dövriyyəsi 9,4% artaraq 15,5 mlrd. manat, əhaliyyə göstərilən pullu xidmətlər isə 6,4% artaraq 4,8 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR