“Milk-Pro” MMC-nin vergidən yayındığı məlum olub

“Milk-Pro” MMC-nin vergidən yayındığı məlum olub
# 05 dekabr 2014 12:07 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda süd emalı məntəqəsi vergilərin ödənilməsindən yayınır.

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, “Milk-Pro” MMC süd emalı məntəqəsi dövlət büdcəsinə vergi ödəmir.

Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

MMC-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR