Kreml: Putin və Obamanın qeyri-rəsmi görüşü istisna olunmur

Kreml: Putin və Obamanın qeyri-rəsmi görüşü istisna olunmur
# 05 noyabr 2014 10:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya və ABŞ prezidentlərinin Asiya - Sakit Okean İqtisadi Əməkdaşlıq (ATES) sammitində qeyri-rəsmi görüşü istisna olunmur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O deyib ki, Vladimir Putinlə Barak Obamanın sammit çərçivəsində ayrıca görüşü hələlik planlaşdırılmır: “Beynəlxalq sammitlərdə liderlər bu və ya digər formada görüşürlər. Lakin hansısa ayrıca ikitərəfli görüş hazırda planlaşdırılmır”.

Qeyd edək ki, noyabrın 10-12-də Çinin paytaxtı Pekin şəhərində Asiya - Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Sammitdə Rusiya və ABŞ prezidentləri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR